Niinistö bildirib ki, Finlandiyanı ilk növbədə finlər müdafiə edəcək

Sauli Niinistö

© APA | Sauli Niinistö

# 04 iyun 2023 19:52 (UTC +04:00)

Finlandiya prezidenti Sauli Niinistö NATO-ya daxil olduqdan sonra ölkənin müdafiəsini ilk növbədə finlərə həvalə edib.

APA xəbər verir ki, müvafiq bəyanat onun rəsmi saytında dərc olunan sərəncamda yer alıb.

“NATO-nun müdafiə alyansına qoşulmaq ölkəmizin tarixində yeni dövr açdı. Finlandiyanı bundan sonra da ilk növbədə finlər müdafiə edəcək, lakin biz bunu müttəfiqlərimizlə birlikdə edəcəyik. Finlandiyanın NATO-nun birgə çəkindirmə və müdafiəsinə ən mühüm töhfəsi öz ərazimizin müdafiəsi olacaq” - Prezident sərəncamda qeyd edib. O, Finlandiyanın “eyni zamanda NATO-nun ümumi öhdəliklərinə görə məsuliyyət daşıdığını və alyansın inkişafında fəal iştirak etdiyini” vurğulayıb.

Niinistöyə görə, ölkə ordusu “gələcəkdə Finlandiyanın təhlükəsizliyini təmin etmək üçün yorulmadan çalışır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR