Notr-Dam kilsəsi gələn il açılacaq

Notr-Dam kilsəsi gələn il açılacaq
# 04 fevral 2023 05:57 (UTC +04:00)


Fransada güclü yanğından zərər çəkən Notr-Dam kilsəsinin bərpası davam edir.

APA-nın “France24”ə istinadən verdiyi məlumata görə, kafedral 2024-cü ilin sonunda öz qapılarını ziyarətçilərin üzünə açmağı planlaşdırır.
- Yenidənqurma sürətlə inkişaf edir, - Fransa Mədəniyyət Nazirliyi əmin edib.

Bildirilib ki, 2023-cü ilin sonuna qədər kafedralın şpilinin (dam – red.) qaytarılması planlaşdırılır. Konstruksiya üçün 500 ton palıd ağacı, örtük və bəzək üçün 250 ton qurğuşun işlənib.

Xatırladaq ki, yanğın 2019-cu ilin aprelində Notr-Dam kilsəsi yanıb. Xilasedicilər yanğınla 14 saatdan çox mübarizə aparıblar. Hadisə nəticəsində kafedralın binasına ciddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR