Parisdə pensiya islahatlarına qarşı kütləvi nümayiş başlayıb

Parisdə pensiya islahatlarına qarşı kütləvi nümayiş başlayıb
# 31 yanvar 2023 18:12 (UTC +04:00)

Parisdə pensiya islahatlarına qarşı kütləvi nümayiş başlayıb.

APA xəbər verir ki, bu barədə TASS-ın hadisə yerindəki müxbiri bildirib.

Məlumatda deyilir ki, Fransadakı həmkarlar ittifaqları Parisdə 100 min nəfəri, ümumi ölkə üzrə isə 1 milyondan çox insanı “Daha iki il pensiya gözləməyə razı deyilik” şüarı altında küçələrə çıxarmağı qarşısına məqsəd qoyub.

Qeyd edək ki, bu ay ərzində artıq ikinci dəfədir ki, Paris sakinləri pensiya yaşının 2030-cu ilə qədər 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatına qarşı etiraz aksiyası keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR