Patriarx Varfolomey koronavirusa yoluxub

Patriarx Varfolomey

© APA | Patriarx Varfolomey

# 24 dekabr 2021 10:34 (UTC +04:00)

Patriarx Varfolomeyin koronavirus testinin cavabı müsbət olub.

APA xəbər verir ki, bu barədə Yunanıstanın “Skai” telekanalı İstanbulda yerləşən Patriarxıqlığın mesajına istinadən məlumat yayıb.

Bildirilib ki, 81 yaşlı Patriarx Varfolomey koronavirusa qarşı tam peyvənd olunsa da, son test nəticəsi müsbət olub: "Hazırda yüngül simptomlar müşahidə olunur. Ümumi vəziyyəti yaxşıdır. Diaqnoz qoyulandan dərhal sonra profilaktik müayinə üçün İstanbulun mərkəzi xəstəxanasına gedib”.

Varfolomey onun səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edib. O, hər kəsi həkim və mütəxəssislərin tövsiyələrinə əməl etməyə, eləcə də peyvənd olunmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR