Peter Mixalko: Avropa İttifaqı Azərbaycanla güclü tərəfdaşlığı inkişaf etdirməyə davam edəcək

Peter Mixalko: Avropa İttifaqı Azərbaycanla güclü tərəfdaşlığı inkişaf etdirməyə davam edəcək
# 28 may 2023 10:07 (UTC +04:00)

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edib.

APA xəbər verir ki bu barədə Aİ diplomatı "Twitter" hesabında paylaşım edib.

"Müstəqillik Günün mübarək, Azərbaycan! Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, sülh və firavanlıq arzulayıram! Biz güclü tərəfdaşlığımızı inkişaf etdirməyə davam edəcəyik!", - deyə diplomat paylaşımında bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR