Polşa ATƏT-ə sədrlik proqramını təqdim edəcək

Polşa ATƏT-ə sədrlik proqramını təqdim edəcək
# 10 yanvar 2022 14:43 (UTC +04:00)

Polşa ATƏT-ə sədrlik proqramını təqdim edəcək.

APA-nın xəbərinə görə, bu barədə ATƏ-in saytında məlumat verilib.

Bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədri və Polşanın xarici işlər naziri Zbiqnev Rau ölkəsinin 2022-ci ildə ATƏT-ə sədrlik proqramını yanvarın 13-də təşkilatın Daimi Şurasına təqdim edəcək.

Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən etibarən ATƏT-ə sədrlik Polşaya keçib. Polşa XİN rəhbəri bildirib ki, onun ölkəsinin sədrliyi dövründə ATƏT strukturlarına dəstək verməklə regional və dondurulmuş münaqişələrin nizamlanmasına yönəlmiş təşəbbüslərə, səylərə, münaqişə zonalarında mülki şəxslər və pandemiyadan sonrakı bərpada davamlı inkişafı təşviq olunması üçün fəaliyyətə diqqət ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR