Polşa ərazisinə düşən raketlər 2 nəfərin ölümünə səbəb olub

Polşa ərazisinə düşən raketlər 2 nəfərin ölümünə səbəb olub
# 15 noyabr 2022 22:42 (UTC +04:00)

Polşanın Ukrayna ilə sərhədə yaxın ərazisinə raket düşüb.

APA Polşa mediasına istinadla xəbər verir ki, 2 qanadlı raket Polşa-Ukrayna sərhədi yaxınlığında, Pşevoduv yaşayış məntəqəsindəki fermaya düşüb. Hadisə nəticəsində 2 polşalı fermer həlak olub. raketlərin mənşəyi məlum deyil.

Hökumətin sözçüsü Pyotr Müller Tvitterdə Baş naziri Moravietskinin Milli Təhlükəsizlik Bürosunun təcili iclasını çağırdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR