Polşada Rusiyaya casusluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Stanislav Jarın

© APA | Stanislav Jarın

# 28 mart 2023 17:35 (UTC +04:00)

Polşada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Polşa Baş naziri Ofisinin dövlət katibi, xüsusi xidmət orqanlarının koordinatorunun müavini Stanislav Jarın “Twitter”də yazıb.

“Son günlər ölkənin Daxili Təhlükəsizlik Agentliyi Rusiya ilə əməkdaşlıqda şübhəli bilinən daha üç şəxsi müəyyənləşdirib və onlar saxlanılıb. Rusiya kəşfiyyatının yaratdığı casus şəbəkəsi ilə bağlı aparılan istintaq zamanı ümumilikdə 12 nəfər saxlanılıb” – Jarın bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR