Popasna şəhəri bütövlükdə Rusiya Ordusunun nəzarətinə keçib.
APA-nın “unian.net”-ə istinadən verdiyi məlumata görə, Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib ki, Ukrayna Ordusu dağıdılmış Popasna şəhərindən bir az geri, əvvəlcə hazırlanmış möhkəmləndirilmiş mövqelərə çəkilib.
S. Qayday hazırda Severodonetsk-Voevodovka, həmçinin Toşkovka, Katerinovka, və Zolotoye-4 yaşayış məntəqələri istiqamətində ağır döyüşlərin getdiyini qeyd edib.