Rusiya ordusu Ukraynada aeroporta hava zərbəsi endirib

X-59 raketi

© APA | X-59 raketi

# 27 sentyabr 2022 01:03 (UTC +04:00)

Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərindəki aeroporta hava zərbəsi endirib.

APA-nın xəbərinə görə, bu barədə Dnepropetrovsk şəhərinin hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko Tvitterdə bildirib.

Administrasiya rəhbəri qeyd edib ki, hava limanına X-59 raketləri ilə zərbə endirilib. Hava limanının infrastrukturu dağılıb. Aerodrom və avadanlıqlar istifadəyə yaramır.

Hava hücumu zamanı insan tələfatı olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR