Rusiya qüvvələri Ukraynanın Nikolayev şəhərinə zərbələr endirib, ölənlər var

Vitali Kim

© APA | Vitali Kim

# 29 avqust 2022 19:40 (UTC +04:00)

Rusiya hərbi qüvvələri Ukraynanın Nikolayev şəhərinə zərbələr endirib, ölənlər var.

APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Oleksandr Senkeviç və regional hərbi administrasiyanın rəhbəri Vitali Kim bildirib.

Verilən məlumata görə, Rusiya qüvvələrinin şəhərdəki bir neçə yaşayış binasına endirdiyi zərbələr nəticəsində 2 mülki şəxs həlak olub, 11 nəfər yaralanıb.

Vitali Kim vətəndaşları sığınacaqlarda qalmağa çağırıb.

"Düşmən yenidən zərbə endirməyə hazırlaşır. Hər kəsdən xahiş edirəm ki, sığınacaqlarda qalmağa davam etsinlər. Avtomobillərdə səyahət etməyin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR