Rusiya səfiri İsveç XİN-ə çağırılacaq

Rusiya səfiri İsveç XİN-ə çağırılacaq
# 29 mart 2023 13:41 (UTC +04:00)

Rusiya səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılacaq.

APA İsveçin “TT Milli Xəbər Agentliyi”nə istinadən xəbər verir ki, bunu ölkənin XİN rəhbəri Tobias Billström təsdiqləyib.

Nazir qeyd edib ki, bu qərarın verilməsinə səbəb Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan “İsveç NATO-ya qoşulacağı təqdirdə Rusiyanın cavab tədbirləri həyata keçirməsi üçün qanuni hədəfə çevriləcək” yazısıdır.

"Nazirlik Rusiya səfirini bu açıq-aşkar təhdid cəhdi ilə bağlı danışmaq üçün çağıracaq", - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR