Saakaşvili müayinə olunmaq üçün özəl xəstəxanaya köçürülə bilər

Mixeil Saakaşvili

© APA | Mixeil Saakaşvili

# 10 may 2022 13:41 (UTC +04:00)

Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvili müayinə olunmaq üçün özəl xəstəxanaya köçürülə bilər.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze hökumətin iclasından sonra bildirib.

O qeyd edib ki, sabiq Prezidentin səhhətində mümkün komplikasiyaların qarşısının alınması məqsədi ilə “Vivamedi” klinikasına köçürülməsi təklif ediləcək.

Rati Breqadze vurğulayıb ki, Mixeil Saakaşvili burada müvafiq tibbi yoxlanışdan keçiriləcək və zəruri olduğu təqdirdə müayinə olunacaq.

Qeyd edək ki, ötən il sentyabrın sonlarında Ukraynadan gizli yollarla Gürcüstana qayıtmış sabiq Prezident Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilərək 12 saylı Rustavi cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Həbs edildikdən sonra aclıq aksiyasına başlayan Mixeil Saakaşvilinin səhhətində ciddi problemlərin yarandığı bildirilir. Bir neçə gün öncə Gürcüstanın İnsan Haqları Müvəkkilinin (Ombudsman) nəzarəti altında yaradılmış həkimlər şurası da sabiq Prezidentin səhhətinin pisləşməsi ilə bağlı bəyanat yayıb. Ailə üzvləri M. Saakaşvilinin müalicə alması üçün xaricə göndərilməsini tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR