Sandu: Rusiya hücum etsə, Moldova Rumıniyadan kömək istəyəcək

Moldova prezidenti Maya Sandu, Rumıniya prezidenti Klaus İohannis

© APA | Moldova prezidenti Maya Sandu, Rumıniya prezidenti Klaus İohannis

# 29 iyul 2022 16:46 (UTC +04:00)

Ukraynadakı münaqişə Moldovaya sıçrayarsa və Rusiya ilə münasibətlər pisləşərsə, Kişinyov Buxarestdən kömək istəyəcək.

APA xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu Rumıniya Prezidenti Klaus İohannis ilə görüşdən sonra mətbuat konfransında sualı cavablandırarkən deyib.

“Biz narahatıq. Ən pessimist ssenarilər barədə düşünürük. Buna uyğun olaraq bütün ssenarilərə hazırlaşırıq. Rusiyanın Moldova Respublikasına hücum etməyə çalışacağı halda, şübhəsiz ki, biz kömək istəyəcəyik”, - Moldova dövlət başçısı bildirib.

Klaus İohannis isə öz növbəsində bəyan edib ki, Rumıniya Moldova Respublikasına ən yaxın ölkədir: “Rusiyanın Ukraynaya qarşı apardığı bu uğursuz müharibənin hansı ssenari ilə bitməsindən asılı olmayaraq, sizi tək qoymarıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR