Serbiya MN: Ordu Kosovo ilə sərhədi keçməyib

Serbiya MN: Ordu Kosovo ilə sərhədi keçməyib
# 31 iyul 2022 23:43 (UTC +04:00)

Serbiya ordusu hələ ki, Kosovo və Metoxiya ilə sərhədi keçməyib.

APA-nın xəbərinə görə, bu barədə Serbiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik yerli və regional KİV-ləri saxta xəbər yaymamağa çağırıb.

Bildirilib ki, müxtəlif profillərdən Metoxiyadakı vəziyyətlə bağlı yalan xəbərlər kütləvi şəkildə tirajlanır.

Qeyd edək ki, bir müddət əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç də regionda vəziyyətin gərgin olduğunu bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR