Sloveniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Sloveniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
# 07 iyun 2023 02:41 (UTC +04:00)

Sloveniya 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

APA xəbər verir ki, Sloveniya 153, Belarus isə 38 səs toplayıb. Qeyri-daimi üzv seçilmək üçün Baş Assambleyanın bütün üzvlərinin - 193 üzvünün üçdə ikisinin səsi tələb olunurdu.

Həmçinin bu səsvermədə Əlcəzair, Qayana, Sierra-Leone və Cənubi Koreya 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olaraq alternativsiz seçiliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR