Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlük perspektivindən danışıb

Alar Karis, Yens Stoltenberq

© APA | Alar Karis, Yens Stoltenberq

# 13 yanvar 2022 14:23 (UTC +04:00)

"Finlandiya və İsveç NATO-nun yaxın müttəfiqləridir".

APA-nın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq Estoniya Prezidenti Alar Karislə birgə keçiridiyi mətbuat konfransında deyib.

Hərbi alyansın Baş katibi bildirib ki, NATO bu ölkələrlə yaxın əməkdaşlıq edir, təlimlər keçirir və bu ölkələr bir çox sahələrdə NATO-nun standartlarına uyğundurlar.

"Bu ölkələrin çox yaxşı təşkil olunmuş müdafiə və təhlükəsizlik institutları var. Bir çox mənada onlar NATO-ya çox yaxındır və əgər onlar NATO-ya qoşulmağa qərar verərsə, bu proses daha sürətli olacaq. Ancaq hər bir halda bu siyasi qərardır və bu qərar İsveç və Finlandiyada verilməlidir, daha sonra NATO-nun 30 üzvü bu barədə qərar verir. Qeyd etdiyim kimi, bu ölkələr NATO-ya yaxındır və əlbəttə ki, siyasi iradə də olarsa, proses daha sürətlə tamamlana bilər", - Stoltenberq vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR