Stoltenberq: Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumları artacaq

Stoltenberq: Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumları artacaq
# 29 noyabr 2022 15:26 (UTC +04:00)

Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumlarının artacağını gözləyə bilərik.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.

“Döyüş meydanında itkilərə məruz qalan, geri çəkilən Rusiya mülki əhaliyə zərbələr endirir və biz bu zərbələrin artacağını gözləyə bilərik”, - Stoltenberq bildirib.

Baş katibin sözlərinə görə, Rusiya məğlub olduqca, Ukraynanın mülki əhalisinə qarşı hücumları intensivləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR