Türkiyə diplomatik missiyalarının sayına görə dünyada 5-ci olacaq

Türkiyə diplomatik missiyalarının sayına görə dünyada 5-ci olacaq
# 19 aprel 2022 19:19 (UTC +04:00)

Türkiyənin Uruqvay, Salvador və Qvineya-Bisauda səfirlikləri açılacaq.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN başçısı bildirib ki, beləliklə, Türkiyənin xarici dövlətlərdə fəaliyyət göstərən diplomatik missiyalarının sayı 255-ə çatacaq və bu da Türkiyəni dünya ölkələri arasında beşinci yerə qaldıracaq.

Nazir əlavə edib ki, bu həftə onun Latın Amerikası ölkələrinə səfəri başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR