Türkiyə Futbol Federasiyasının İstanbuldakı baş ofisinə hücum etməkdə şübhəli bilinən iki şəxs polis tərəfindən saxlanılıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədəTürkiyənin Daxili işlər naziri Suleyman Soylu mətbuata açıqlamasında bildirib.
O, saxlanılan şəxslərin sərxoş olduqlarını qeyd edib.
***
21.49
Türkiyə Futbol Federasiyasının İstanbuldakı baş ofisinə hücum olub.
APA-nın NTV-yə istinadla xəbərinə görə, axşam saatlarında binaya odlu silahdan atəş açılıb.
Polisin məlumatına görə, binaya 7 güllə atılıb. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.