Türkiyə İsveç hakimiyyətini terror qruplarına qarşı lazımi addımlar atmağa çağırıb

Fəxrəddin Altun

© APA | Fəxrəddin Altun

# 12 yanvar 2023 18:27 (UTC +04:00)

Türkiyə İsveçdə terror təşkilatı PKK üzvlərinin ölkəni və onun demokratik yolla seçilmiş prezidentini hədəf almasını ən sərt şəkildə qınayır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun rəsmi “Twitter” hesabında bildirib.

Fəxrəddin Altun qeyd edib ki, Türkiyə İsveç hakimiyyətini terror qruplarına qarşı lazımi addımlar atmağa çağırır.

“İsveç Türkiyənin 70 ildir üzv olduğu NATO-ya qoşulmaq üçün Madriddə verdiyi vədlərə əməl etməlidir. Türkiyənin bununla bağlı hansısa güzəştə getməsini gözləmək əbəs olardı. PKK terrorçusunun Stokholmun mərkəzində İsveç hökumətinə meydan oxuya bilməsi İsveç hakimiyyətinin son günlər iddia etdikləri halda terrora qarşı lazımi addımlar atmadığının sübutudur”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR