Türkiyə Yunanıstanın təxribatı ilə bağlı NATO-ya müraciət edəcək

Türkiyə Yunanıstanın təxribatı ilə bağlı NATO-ya müraciət edəcək
# 31 avqust 2022 13:02 (UTC +04:00)

Türkiyə Yunanıstanın Rusiya istehsalı olan S-300 Hava Hücumundan Müdafiə Sistemi ilə Egey və Şərqi Aralıq dənizində türk təyyarələrinə qarşı törətdiyi təxribarlara dair radar qeydlərini NATO Baş Katibliyinə və ittifaqa üzv ölkələrin müdafiə nazirliklərinə göndərəcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edək ki, sonuncu dəfə avqustun 23-də Yunanıstanın S-300 sistemi beynəlxalq hava məkanında uçuşlar həyata keçirən Türkiyə F-16-larına “radar bloklanması” tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR