Türkiyədə məktəbli avtobusu qəzaya uğrayıb, 1 nəfər ölüb, 12 nəfər yaralanıb

Qəza

© APA | Qəza

# 05 yanvar 2023 10:57 (UTC +04:00)

Tükiyədə Qaziantep - Kilis avtomobil yolunda məktəbliləri daşıyan avtobusla minik avtomobilinin toqquşması nəticəsində ağır yol qəza hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə “İhlas" Xəbər Agentliyi məlumat yayıb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

Hadisə yerinə gələn təcili tibbi yardım qüvvələrinin köməyi ilə yaralılar xəstəxanalara çatdırılıb.

Qəzanın baş vermə səbəblərini araşdırmaq üçün müvafiq qurumlar hadisə yerində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR