Türkiyədə zəlzələdən sonra 78 afterşok qeydə alınıb

Türkiyədə zəlzələdən sonra 78 afterşok qeydə alınıb
# 06 fevral 2023 14:00 (UTC +04:00)

Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş 7,4 bal gücündə zəlzələdən sonra bölgədə 78 afterşok qeydə alınıb.

APA “TRT World”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib. O, zəlzələnin episentrinin yerin 7 kilometr dərinliyində qeydə alındığını bildirib.

Qeyd edək ki, təbii fəlakət nəticəsində həlak olanların sayı 284-ə çatıb, 2323 nəfər yaralanıb. Dağıntıların altında qalanların xilas edilməsi istiqamətində intensiv iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR