Türkiyənin ABŞ-la F-16-ların tədarükünə dair təmasları davam edir

Türkiyənin ABŞ-la F-16-ların tədarükünə dair təmasları davam edir
# 02 fevral 2023 15:47 (UTC +04:00)

“Güclü Türkiyə güclü NATO deməkdir”.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün Yüksək səviyyəli müşahidəçi günündə deyib.

Nazir bildirib ki, 71 ildir Türkiyə NATO üzvüdür: “Yalan-yanlış rəylərlə Türkiyənin haqqını çeynəməsinlər. Bu günə qədər Türkiyə dünya və bölgədə sülh üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirib. Bu mənada Türkiyənin güclənməsi, həm də NATO-nun güclənməsidir".

Akar qeyd edib ki, ABŞ-la F-16-ların tədarükü və digər tərəfdən, təyyarələrin modernləşdirilməsi üçün təmaslar davam edir: "İndiyə qədər bizə verilən bilgilər müsbətdir. Biz tələblərimizi rəsmi yollarla çatdırmışıq. Bizim əleyhimizə müxtəlif cəhdlər olduğunu da görürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR