Ukrayna aviasiyası Kiyev vilayəti üzərində uçuşlar edir

Ukrayna HHQ

© APA | Ukrayna HHQ

# 06 yanvar 2023 16:41 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinə məxsus aviasiya Kiyev vilayəti üzərində uçuşlar həyata keçirir.

APA xəbər verir ki, bu barədə məlumat Kiyev şəhərinin hərbi administrasiyasının mətbuat xidməti tərəfindən yayılıb.

Həmçinin əlavə olunub ki, bütün Ukrayna ərazisində hava həyəcanı siqnalı çalışır.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin 5 yanvarda verdiyi qərara əsasən, bu gün Moskva vaxtı ilə saat 12:00-dan etibarən Ukrayna ilə bütün təmas xətti boyunca atəşkəs elan olunub. Bu qərara isə Ukrayna tərəfi rədd cavabı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR