Ukrayna BMT-nin təcili iclasını keçirməyə çağırıb

Ukrayna BMT-nin təcili iclasını keçirməyə çağırıb
# 23 noyabr 2022 21:00 (UTC +04:00)

Ukrayna Rusiyanın hava zərbələrindən sonra BMT-nin təcili iclasını keçirməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir zelenski Tvitterdə bildirib.

“Mən BMT-dəki səfirimizi Rusiyanın bugünkü zərbələrindən sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi barədə çağırışımızı çatdırmaq barədə təlimatlandırmışam. Mülki əhalinin öldürülməsi, mülki infrastrukturun dağıdılması terror aktıdır. Ukrayna beynəlxalq ictimaiyyətin bu cinayətlərə qətiyyətli reaksiya verməsini tələb edir” – deyə Zelenski vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR