Ukrayna MN: Severodonetsk uğrunda həlledici döyüşlər gedir

Ukrayna MN: Severodonetsk uğrunda həlledici döyüşlər gedir
# 20 iyun 2022 16:54 (UTC +04:00)

Hazırda Severodonetsk uğurunda həlledici döyüşlər gedir.

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar yerli telekanalın efirində bildirib.

O qeyd edib ki, Rusiya 26 iyunadək Luqansk vilayətinin sərhədlərinə çıxmağı planlaşdırır.

Malyar əlavə edib ki, Lisiçanskın və Severodonetskin müdafiəsini təşkil edən Ukrayna qüvvələrinin bir qrupu Rusiya hərbçilərinin mühasirəsinə düşüb.

“Biz başa düşməliyik ki, düşmənin silah üstünlüyü var və vəziyyət mürəkkəbdir. İndi həlledici döyüşlər maksimum intensivlikdədir”, - nazir müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR