Ukrayna öz vətəndaşlarını Gürcüstandan təxliyə edə bilər

Ukrayna öz vətəndaşlarını Gürcüstandan təxliyə edə bilər
# 24 yanvar 2023 15:32 (UTC +04:00)

Ukrayna səfirliyi ukraynalıların Gürcüstandan təxliyəsini istisna etmir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov “Evropeyskaya Pravda”ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Gürcüstan və Rusiya arasında birbaşa uçuşlar bərpa ediləcəyi və Rusiya Federasiyasından Gürcüstana kütləvi axın olacağı təqdirdə təhlükəsizlik məqsədilə ukraynalıların Gürcüstandan təxliyəsi istisna edilmir.

"Birbaşa hava əlaqəsi bərpa olunarsa və real təhlükəsizlik riskləri artarsa, səfirlik Ukrayna vətəndaşlarının Gürcüstan ərazisindən kütləvi təxliyəsinə köməklik məsələsini müzakirə etmək üçün beynəlxalq təşkilatlarla, beynəlxalq tərəfdaşlarla əlaqə saxlamağın mümkünlüyünü istisna etmir”, - deyə Kasyanov Ukrayna nəşrinə müsahibəsində bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR