Ukrayna qüvvələri Severodonetskdən geri çəkilməyə hazırlaşır

Luqansk vilayətinin qubernatoru Sergey Qayday

© APA | Luqansk vilayətinin qubernatoru Sergey Qayday

# 24 iyun 2022 10:40 (UTC +04:00)

Ukrayna qüvvələri Severodonetskdən geri çəkiləcək.

APA "The Kyiv Independent"ə istinadən xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Ukrayna silahlı qüvvələri Severodonetskdən geri çəkilməli olacaq. Onlar bununla bağlı əmr alıb”, – Luqansk vilayətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, aylardır amansız şəkildə atəşə tutulan mövqelərdə qalmağın mənası yoxdur: “Bütün vacib infrastruktur məhv edilib. Şəhərin 90 faizi dağılıb. Xəyanət şayiələrini yaymayın. Heç kim bizim qoşunlarımızın mühasirəyə alınmasına imkan vermir. İndi vəziyyət elədir ki, sırf orada olmaq xatirinə bu dağıdılmış mövqelərdə qalmağın mənası yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR