Ukraynada əsgər hərbçi yoldaşlarını güllələyib, 5 nəfər ölüb

Ukraynada əsgər hərbçi yoldaşlarını güllələyib, 5 nəfər ölüb
# 27 yanvar 2022 11:12 (UTC +04:00)

Şərqi Ukraynanın Dnepr şəhərində hərbçi öz əsgər yoldaşlarına atəş açaraq 5 nəfəri qətlə yetirib, daha 5 nəfəri isə yaralayıb.

APA-nın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, insident yerli vaxtla səhər saat 04:00 radələrində baş verib.

Ukrayna milli qvardiyasının 20 yaşlı hərbi qulluqçusu AK-47 avtomatı ilə həmin vaxt qarovulda olan 22 əsgərə atəş açıb. Onlardan ikisi qaçaraq polisə və təcili yardıma xəbər verə bilib. Ukraynanın daxili işlər naziri “Telegram” hesabında atışmanın raket və digər aviasiya vasitələrinin istehsal edildiyi dövlətə məxsus “YuzMaş” zavodunda baş verdiyini qeyd edib. Ölənlər arasında qadın hərbçinin də olduğu bildirilir. İnsidenti törətdikdən sonra hadisə yerindən qaçan əsgər sonuncu dəfə Raket və Peyk Kolleci yaxınlığında görülüb. Onun hərbi uniforma geyindiyi və AK-47 ilə silahlandığı bildirilib.

Ukrayna polisi və milli qvardiyaçılar insidentlə əlaqədar həyəcan vəziyyətinə gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR