Ukraynada müharibə başlayandan 205 uşaq öldürülüb

Ukraynada müharibə başlayandan 205 uşaq öldürülüb
# 18 aprel 2022 10:33 (UTC +04:00)

Ukraynada müharibə başlayandan 205 uşaq öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında qeyd olunub. Bildirilib ki, hərbi əməliyyatlar zamanı daha 362 uşaq isə yaralanıb. Bununla da Ukraynada fevralın 24-dən sonra müharibənin qurbanına çevrilmiş uşaqların sayı 567-yə çatıb.

Məlumatda qeyd olunub ki, müharibə ən çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Xerson, Nikolayev, Luqansk, Zaporoje, Sumı və Jitomir regionlarında uşaqların ölümü ilə nəticələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR