Ukraynanın cənubunda Rusiyaya məxsus hərbi bazalar məhv edilib - YENİLƏNİB

 Ukraynanın cənubunda Rusiyaya məxsus hərbi bazalar məhv edilib  - YENİLƏNİB
# 18 iyul 2022 03:47 (UTC +04:00)

Ukrayna ordusu sutka ərzində 36 rusiyalı hərbçini və 2 silah anbarını məhv edib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Cənub Ordu Komandanlığı məlumat yayıb.

Bildirilir ki, sutka ərzində əlavə olaraq 2 “Pansir” raket kompleksi, 3 rabitə avtomobili, 1 səyyar radiolokasiya qurğusu və 11 ədəd zirehli texnika məhv edilib.

***

01.27

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus 2 bazanı sıradan çıxarıb.

APA-nın xəbərinə görə, bu barədə UNİAN məlumat yayıb.

Qeyd olunur ki, sözügedən bazalar Luqansk və Xerson əyalətlərində yerləşib.

Tələfat barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR