“Ukrhidroenerqo”nun rəhbəri: Kaxovka SES-in bərpası mümkün deyil

“Ukrhidroenerqo”nun rəhbəri: Kaxovka SES-in bərpası mümkün deyil
# 08 iyun 2023 04:22 (UTC +04:00)

Kaxovka SES-i bərpa etmək mümkün deyil.

APA-nın Ukraynanın “Strana.ua” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə ən böyük hidrogenetik “Ukrhidroenerqo” şirkətinin baş direktoru İqor Sirota rəsmi məlumat yayıb.

"Yeni stansiyanın tikintisi ən azı 5 il çəkəcək" - Sirota bildirib.

Baş direktorun sözlərinə görə, bunun üçün ən azı 1 milyard qrivna (təxminən 27 milyon dollar) lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR