ÜST: Bu ağrılı gündə Türkiyənin yanındayıq

Tedros Adhanom Qebreyesus

© APA | Tedros Adhanom Qebreyesus

# 07 fevral 2023 16:05 (UTC +04:00)

Bu ağrılı gündə Türkiyənin yanındayıq.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə ÜST-ün Baş Assambleyasında çıxışı zamanı deyib.

"Bu ağrılı gündə sizinləyik", - deyə Qebreyesus Türkiyə dövlətinə və xalqına mesaj göndərib.

O həmçinin, Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar görülən işlərdə Türkiyə rəsmiləri ilə əməkdaşlıq edəcəklərini ifadə edib.

Qebreyesus həmçinin, mərkəzi Kahramanmaraş olan və 10 vilayətdə baş vermiş 7.7 və 7.6 bal gücündə zəlzələlərlə bağlı ÜST-ün gördüyü işlər barədə idarə heyətinə təqdimat edib.

"Bu misli görünməmiş gündə sizinləyik. İndi hamımızın birləşməsi zamanıdır. Həmrəy olaraq insanların həyatını xilas etmək və ağrıları yüngülləşdirmək lazımdır”, - ÜST rəhbəri əlavə edib.

Təşkilatın kommunikasiya şəbəkəsini və təcili tibbi yardım qruplarını səfərbər etdiklərini bildirən Qebreyesus ÜST-ün Dubaydakı logistika mərkəzindən üç təyyarə ilə cərrahiyyə dəstləri də daxil olmaqla tibbi ləvazimatları Türkiyə və Suriyaya göndərdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR