ÜTT: Omicron qlobal iqtisadiyyatın bərpasını ləngidir

Nqozi Okonjo-İveala

© APA | Nqozi Okonjo-İveala

# 09 dekabr 2021 03:17 (UTC +04:00)

“Koronavirusun bu yaxınlarda müəyyən edilmiş Omicron variantı qlobal iqtisadiyyatın bərpasını ləngidəcək”.

APA xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala “Politico Europe” nəşrinin təşkil etdiyi onlayn konfrans zamanı deyib.

ÜTT rəhbəri yeni ştamın təsirinin əsas səbəbi koronavirus peyvəndlərinə qeyri-bərabər çıxışı göstərib: “Əgər biz bu problemi həll etmək üçün çox səy göstərməsək, son nəticədə dünyada davamlı iqtisadi canlanma üçün həqiqətən də böyük risk yaradacaq çətinliklərlə üzləşməyə davam edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR