Batumidə 16 yaşlı qızın ölümündə təqsirli bilinən İran vətəndaşı axtarılır

Batumidə 16 yaşlı qızın ölümündə təqsirli bilinən İran vətəndaşı axtarılır
# 25 iyul 2013 08:11 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın Batumi şəhərində 16 yaşlı qızın ölümündə İran vətəndaşı təqsirli bilinir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, dünən gecə saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi İran vətəndaşının fotosunu yayımlayıb və Türkiyə tərəfi ilə onun saxlanılması barədə danışıqlar aparıldığı bildirilib.

Məlumata görə, 1985-ci il təvəllüdlü Möhəmməddin Ruintan iyunun 22-də “Sarpi”(Türkiyə) gömrük buraxılış məntəqəsindən Gürcüstan ərazisinə keçib və iyulun 23-də yenə həmin məntəqədən ölkəni tərk edərək, Türkiyə tərəfə keçib.

Qeyd edək ki, 16 yaşlı Gürcüstan vətəndaşı Mariyam Koçiladze iyulun 22-də Batumi bulvarında gecə saatlarında öldürülüb. Faktla bağlı cinayət işi qaldırılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR