Bolqarıstan parlamentinin binası mühasirəyə alınıb

Bolqarıstan parlamentinin binası mühasirəyə alınıb
# 25 iyul 2013 08:32 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Bolqarıstanda hökumətə etiraz edən aksiya iştirakçıları ötən gecə parlament binasını mühasirəyə alıblar. Bu barədə APA xarici mətbuata istinadən məlumat verib.

Baş nazir Plamen Oreşarski hökumətinə qarşı 40 gündür davam edən aksiyalarda on minlərlə insan iştirak edir. Aksiya iştirakçıları daşlardan və zibil qablarından istifadə edərək binanın ətrafında barrikadalar qurublar. Binada qalmış 3 nazir, 30 millət vəkili 8 saat sonra polisin nəzarəti altında avtobuslarla ərazidən uzaqlaşdırılıb. Bu zaman aksiya iştirakçıları ilə polis arasında baş vermiş qarşıdurmada 2 polis olmaqla 9 nəfər xəsarət alıb.

Bolqarıstan prezidenti Rosen Plevneliyev ötən gün aksiya iştirakçılarına müraciət edərək etiraz aksiyalarının sakit keçirilməsini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR