Çexiyada polis qaraçılara qarşı keçirilən aksiyanın 60 üzvünü saxlayıb

Çexiyada polis qaraçılara qarşı keçirilən aksiyanın 60 üzvünü saxlayıb
# 14 iyul 2013 03:51 (UTC +04:00)

Bakı-APA. Çexiya polisi iyulun 13-ü axşam saatlarında Çeşske-Budeyovitsa şəhərində qaraçılara qarşı keçirilən aksiyanın 60-dan çox üzvünü saxlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qaraçılara qarşı təşkil olunmuş aksiyada 300-dən çox insan iştirak edib. Asayiş keşikçiləri radikallarla toqquşmaların baş verəcəyini zənn edərək aksiyanın yatırılmasına atlı polis dəstəsini cəlb edib, havadan nəzarəti gücləndirmək üçün bir helikopter də cəlb olunub.

“Saxlanılan şəxslər polisin dağılışmaq barədə qanuni tələblərinə əməl etməyib. Vətəndaşların əksəriyyəti məhz polisə tabe olmadığına görə saxlanılıb”, deyə bölgənin polis idarəsinin mətbuat katibi İrji Matsner bildirib. Polis aksiya iştirakçılarını qaraçıların kompakt yaşadığı Çeşske-Budeyovitsa şəhərinin “May” mikrorayonuna daxil olmasının qarşısını alıb.

Çeşske-Budeyovitsa şəhərində gərgin vəziyyət iyunun 21-dən davam edir. Qeyd olunan tarixdə uşaq meydançasında baş vermiş münaqişə toqquşma və atışmalarla nəticələnib. İğtişaşlar zamanı 100-dən çox insan saxlanılıb 10 nəfər yaralanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR