Norveçin “Statoil” şirkəti Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiyadan azad edilib

Norveçin “Statoil” şirkəti Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiyadan azad edilib
# 12 noyabr 2012 11:44 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Norveçin “Statoil” hidro şirkəti Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi təbii qaz sanksiyasından azad edilib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, şirkətdən bununla bağlı rəsmi açıqlama verilib. Xəbərdə “Statoil” hidro şirkətinin İran Milli Neft Şirkətinə olan borclarını geri ödəmək üçün 6-8-ci mərhələdə LPG satın alacağı bildirilib.

Bundan əlavə, Avropa Birliyinin sanksiyasına baxmayaraq, Cənubi Koreyanın İrandan təbii qaz idxalı iki dəfə artıb. Belə ki, Cənubi Koreyanın üç şirkəti sentyabr ayından bəri İrandan 1 mln. 300 min barel LPG idxal edib. Halbuki Avropa Birliyinin İranın qaz sektoruna qarşı tətbiq etdiyi sanksiya qərarının ilk dövründə Cənubi Koreya Tehrandan aylıq 765 min barel LPG idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR