Suriya müxalifətinin koalisiyası İstanbulda nümayəndəlik açacaq

Suriya müxalifətinin koalisiyası İstanbulda nümayəndəlik açacaq
# 23 noyabr 2012 23:43 (UTC +04:00)

Bakı-APA. Bəşər Əsəd rejiminə qarşı çıxış edən təşkilatların noyabrda Qətərdə yaratdıqları Suriya müxalifəti və inqilabi qüvvələrinin milli koalisiyası (SMK) İstanbulda nümayəndəliyini açacaq. Bu barədə SMK-nın rəhbəri Muaz əl-Xətiblə görüşdən sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu məlumat verib.

«Nümayəndəlik yaxın vaxtlarda açılacaq, onun başçısını biz Suriya xalqı və müxalifətinin nümayəndəsi kimi qəbul edəcəyik və onunla daimi əlaqəli hərəkət edəcəyik», deyə Davudoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə Suriya müxalifətinə hərtərəfli yardım edəcək.

«Türkiyə həm beynəlxalq arenada, həm də Suriyada onların (müxalifətin) yanında olacaq», deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR