Türkiyədə məhkəməsi gedən PKK-çı İran və Ermənistanın terror təşkilatına dəstək verdiyini bildirib

Türkiyədə məhkəməsi gedən PKK-çı İran və Ermənistanın terror təşkilatına dəstək verdiyini bildirib
# 22 noyabr 2012 15:11 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyədə həbs olunmuş PKK terrorçusu Əhməd Günəş Ərzurum 2-ci Ağır Cəza Məhkəməsinə ifadə verərkən deyib. O bildirib ki, PKK-nın Ermənistandakı evləri bu ölkə kəşfiyyat orqanının binasının yaxınlığında yerləşir.

Ə. Günəş İranın da PKK-ya dəstək verdiyini, İran kəşfiyyatının PKK ilə yaxın əlaqələri olduğunu və terrorçulara silah verdiyini söyləyib.

“Silahlı terror təşkilatına üzvlük”də ittiham olunan Ə. Günəşin 15 ildən 20 ilə qədər həbs cəzasına məhkum olunacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR