Yunanıstan dəmir yolları operatorunu satır

Yunanıstan dəmir yolları operatorunu satır
# 13 iyul 2013 15:53 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Yunanıstanın özəlləşdirmə agentliyi “HRADF” dəmir yolları operatoru - “TrainOSE” şirkətinin səhmlərinin 100%-nin satışı üçün beynəlxalq tender elan edib. “APA-Economics”in “Vzqlyad” qəzetinə istinadən verdiyi məlumata görə, tender prosesi iki mərhələdə keçəcək. Birinci mərhələdə sərmayəçilər maraqlarını bildirməlidirlər, tender iştirakçılarının yekun siyahısına daxil olacaq sərmayəçilər ikinci mərhələdə isə öhdələrinə düşən maliyyə təkliflərini təqdim etməli olacaqlar.

Qeyd edək ki, iyun ayının əvvəlində “Rusiya Dəmir Yolları”nın rəhbəri Vladimir Yakunin prezident Vladimir Putindən Yunanıstan şirkətinin özəlləşdirilməsində iştirak etmək üçün icazə istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR