Xorvatiya prezidenti Zoran Milanoviç Finlandiya və İsveçin NATO-ya daxil olmasını əngəlləməyi planlaşdırır.
APA TASS-a istinadən xəbər verir ki,xorvatiyalı lider NATO-nun Madriddə keçiriləcək sammitində veto hüququndan istifadə edərək bu niyyətini gerçəkləşdirmək istəyir.
Qeyd edək ki, NATO sammiti iyunun 28-30-da Madriddə keçiriləcək. Sənəddə deyilir ki, liderlərin görüşünə Şimali Atlantika Alyansının baş katibi sədrlik edəcək.