Yunanıstan Türkiyəyə yardım göndərib

Yunanıstan Türkiyəyə yardım göndərib
# 06 fevral 2023 17:36 (UTC +04:00)

Yunanıstan Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar yardım göndərib.

APA Yunanıstan mediasına istinadən xəbər verir ki, bu barədə Yunanıstan Mülki Müdafiə Agentliyi məlumat yayıb.

"Qonşu Türkiyəyə kömək etmək üçün Yunanıstan yanğınsöndürmə xidmətinin xüsusi fəlakətlərin idarə olunması bölməsinin 21 üzvü, iki xilasedici it, bir xilasetmə maşını, 5 həkim və tibb işçisi, geoloqlar və mülki müdafiə ekspertlərindən ibarət heyət yola düşüb. Missiyanı hökumətin təbii fəlakətlərin idarə olunması təşkilatının rəhbəri də müşaiyət edir", məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR