Yunanıstanda güclü meşə yanğını: Sakinlər təxliyə edilir - FOTO

Yunanıstanda güclü meşə yanğını: Sakinlər təxliyə edilir  - FOTO
# 05 iyun 2022 07:45 (UTC +04:00)

Yunanıstanın paytaxtı Afinanın cənubunda güclü meşə yanğını baş verib.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, küləyin təsiri ilə yaşayış məntəqələrinə çatan yanğının söndürülməsi üçün işlər davam edir.

Hadisə Afinanın 20 kilometrliyində, Qlifada və Voula şəhərləri arasındakı meşəlik ərazidə başlayıb.

Yanğın yaşayış məntəqələrinə yaxınlaşdığından sakinlərin təxliyəsinə başlanılıb.

Yanğınla 60-a yaxın texnika, 8 təyyarə, 6 helikopter və 300-ə yaxın meşə işçisi mübarizə aparır.

İlkin məlumatlara görə, ölən yoxdur.

Qeyd edək ki, bölgədə iki həftə ərzində bölgədə 3 yanğın baş verib.

Alovların Panorama şəhərinə doğru irəlilədiyi bildirilib.

Xatırladaq ki, Yunanstanda ötən il meşə yanğınlarında təxminən 300 min hektar sahə zərər görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR