Yüzdən çox Çexiya vətəndaşının Ukrayna ordusuna qoşulmasına icazə verilib

Miloş Zeman

© APA | Miloş Zeman

# 11 may 2022 17:07 (UTC +04:00)

Çex Respublikasının Prezidenti Miloş Zeman Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq istəyən 103 Çexiya vətəndaşına rəsmi icazə verib.

APA "Radio Prague International"a istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsü deyib.

O bildirib ki, Baş nazir Petr Fiala da qərarı imzalayıb.

Baş nazir Fiala mart ayında bildirmişdi ki, o və prezident Rusiyaya qarşı Ukraynada döyüşmək üçün icazəyə görə müraciət edən Çex Respublikası vətəndaşlarının cəzasız qalması barədə razılığa gəliblər.

Qeyd edək ki, digər hallarda başqa dövlətin ordusuna qoşulmaq Çexiya qanunlarına görə cinayət sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR