Zelenski Duda ilə Ukraynanın müdafiə ehtiyaclarını müzakirə edib

Zelenski Duda ilə Ukraynanın müdafiə ehtiyaclarını müzakirə edib
# 28 mart 2023 04:01 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski polşalı həmkarı Anjey Duda ilə Ukraynanın cari müdafiə ehtiyaclarını və yaxın gələcəkdə birgə diplomatik səyləri müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə Zelenski Feysbukda yazıb.

“Günün sonunda mən Polşa Prezidenti Anjey Duda ilə danışdım. O, döyüş əməliyyatlarının gedişi, cəbhənin müəyyən sektorlarındakı vəziyyət barədə danışıb”, - deyə o bildirib.

Tərəflər Ukraynanın təcili müdafiə ehtiyaclarını və yaxın gələcəkdə birgə diplomatik səyləri müzakirə ediblər.

“Biz mühüm tədbirlərə hazırlaşırıq”, - deyə prezident vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR