Zelenskinin Ofisi: Ukrayna ordusunun əks-hücumu iki aydan sonra mümkün olacaq

Mixail Podolyak

© APA | Mixail Podolyak

# 10 mart 2023 12:39 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu iki aydan sonra mümkün olacaq.

APA xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak İtaliyanın “La Stampa” nəşrinə müsahibəsində bildirib.

Podolyakın sözlərinə görə, Kiyev ordunun əsas qüvvələrini təxminən iki aydan sonra baş tutacaq əks-hücum əməliyyatlarına yönəldib və 155 mm-lik artilleriya mərmilərinin tədarükü artırılmalıdır.

Xatırladaq ki, “Financial Times” nəşri daha öncə Ukraynanın Baxmut uğrunda döyüşlərdə verdiyi əhəmiyyətli itkilər ölkənin Silahlı Qüvvələrinin yaz əks-hücumunu həyata keçirmək potensialını azalda bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR