Avstraliya 27 İran vətəndaşı və 15 təşkilata sanksiya tətbiq edib

Avstraliya 27 İran vətəndaşı və 15 təşkilata sanksiya tətbiq edib
# 20 mart 2023 04:28 (UTC +04:00)

Avstraliya hökuməti Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli İranın fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar paketi elan edib.

APA-nın məlumatına görə, bu barədə Avstraliya Daxili İşlər Nazirliyi məlumat verib.

Qara siyahıya 13 vətəndaş və “Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli” bir təşkilat daxil edilib.

"Avstraliya İran vətəndaşlarına və Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə olunan pilotsuz uçuş aparatlarının istehsalı və Rusiyaya tədarükündə iştirak edən bir təşkilata qarşı əlavə sanksiyalar tətbiq edir", - Daxili İşlər Nazirliyi bildirib.

“Paravar Pars” və “Qods Aviation Industries”, eləcə də Avstraliya hökumətinin məlumatına görə, İran pilotsuz təyyarələrini Rusiya Federasiyasına göndərən “Safiran Airport Services” şirkətlərinin rəhbərləri məhdudlaşdırıcı tədbirlərə məruz qalıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR